Azərbaycanda yerləşən dünya əhəmiyyətli mədəni irs nümunələrinin toplanması ilə bağlı yaradılan elektron baza Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə yardımı ilə Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyi tərəfindən icra olunan “Yerli mədəni irs nümunələrinin toplanması, foto və video arxivinin yaradılması” layihəsi çərçivəsində hazırlanıb.
Azərbaycan dünya əhəmiyyətli zəngin mədəni irs nümunələrinə, obyektlərinə malikdir. Onların qorunub saxlanması və gənc nəsillərə ötürülməsi, təbliğatı, yerli və dünya ictimaiyyətinə məlumatlandırılması vacib amillərdən biridir.
Bu baxımdan Azərbaycanın zəngin mədəni irs nümunələrinin dünya ictimaiyyətinə çatdırılması üçün daha çox resursların yaradılmasına ehtiyac var.
Bunu nəzərə alaraq QHT tədqiqat və sənədləşdirmə formatında Azərbaycanın dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət, arxeoloji abidələrin foto və video arxivinin yaradılması layihəsini həyata keçrir. Bu həm mədəni irs nümunələrinin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsinə xidmət edəcək, həm də yerli və xarici ictimaiyyət internet üzərindən Azərbaycanın mədəni irs nümunələri ilə tanılışq üçün canlı geniş imkanlar əldə edə biləcəklər.
